Arda Turan “Barselonada” » Memur.az

Arda Turan “Barselonada”

Arda Turan “Barselonada”

İspaniyanın “Barselona” klubu Madrid “Atletiko”sunun türkiyəli ulduzu Arda Turanı transfer etdiyini rəsmən açıqlayıb.

APA-nın xəbərinə görə, klublar transferin şərtlərini razılaşdırıblar.

“Barselona” bu transfer üçün “Atletiko”-ya 34 milyon avro ödəyəcək.

Yaxın günlərdə futbolçu tibbi müayinədən keçərək, yeni klubla müqavilə imzalamalıdır.

Arda Turanın illik qazancının 7 milyon avro olacağı bildirilir.

2011-ci ildən “Atletiko”-da oynayan A.Turan Madrid klubunda İspaniya çempionu, həmçinin, İspaniya Kuboku, İspaniya Superkuboku, Avropa Liqası və UEFA Superkubokunun qalibi olub.