Konqo millisinin futbolçusu Azərbaycanda nəhs rəqəmi seçdi » Memur.az

Konqo millisinin futbolçusu Azərbaycanda nəhs rəqəmi seçdi

Konqo millisinin futbolçusu Azərbaycanda nəhs rəqəmi seçdi“Neftçi”nin yeni hücumçusu nömrə seçimini edib.

“Neftçi”nin rəsmi saytı xəbər verir ki, Belçikanın “Beersxot” klubuna (2019/2020; 12 oyun) məxsus olan 24 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında Bakı komandasının heyətində çıxış edəcək. O, 13 nömrəli formanı geyinəcək.

Prins İbara Konqonun ACNFF (2014), Qabonun “Pelikan” (2015; 6 oyun, 6 qol), Tunisin “Bizerten” (2015-2017; 19 oyun, 8 qol), Qətərin “Əl-Vakra” (2017-2018; 9 oyun, 1 qol) və Əlcəzairin “Aljir” (2018-2019, 27 oyun, 10 qol) klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. İbara Konqo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.