Bu Avropa çempionatı payızda Bakıda keçirilə bilər » Memur.az

Bu Avropa çempionatı payızda Bakıda keçirilə bilər

Bu Avropa çempionatı payızda Bakıda keçirilə bilərMayın sonlarında Bakıda keçirilməli olan kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı payızda baş tuta bilər.

Memur.Az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyası yarışı bu ilin payızında təşkil etmək niyyətindədir.

Hazırda yarışın yeni tarixi haqqında müzakirələr gedir. Bu barədə yekun qərar mayın sonlarında qəbul ediləcək.

Qeyd edək ki, 27-31 may tarixlərində keçirilməsi planlaşdırılmış kişilər arasında idman gimnastikası üzrə XXXIV Avropa çempionatı təxirə salınıb.