Tarix : 5-10-2019, 23:30 | Bölmə: idman

“Formula-1”in 2020-ci il mövsümü təsdiqləndi: Yarış Bakıda nə vaxt keçiriləcək?“Formula-1”in yeni mövsümünün təqvimi rəsmi şəkildə açıqlanıb.

FIA-nın saytı xəbər verir ki, Almaniyanın Köln şəhərində baş tutan Dünya Motor Şurasında təqvim təsdiqlənib.

Beləliklə, yeni mövsüm martın 15-də Avstraliyanın Melburn şəhərində start veriləcək. Mövsümün səkkizinci Qran-Prisi Bakıda gerçəkləşəcək. Bu, iyunun 5-7-də olacaq. Mövsümə noyabrın 29-da BƏƏ-nin paytaxtı Əbu Dabidə keçiriləcək Qran-Pri ilə yekun vurulacaq.

Yeni mövsümə iki Qran-Pri əlavə olunaraq say 22-yə çatdırılıb. Bunlar Vyetnam və əvvəllər olmuş Niderland Qran-Prisidir. Bu Qran-Prilər müvafiq olaraq aprelin 5-də Hanoy və mayın 3-də Zantfoortda keçiriləcək.

Həmçinin, F1 mövsümün əvvəlində iki üçgünlük test yürüşlərinin olmasını təsdiqləyib. Hər iki test yürüşü İspaniyanın Barselona şəhərində keçiriləcək. Bunlar 19-21 və 26-28 fevralda baş tutacaq.

Oxşar xəbərlər