Messi Neymarı “Barselona”ya qayıtmağa məcbur edir » Memur.az

Messi Neymarı “Barselona”ya qayıtmağa məcbur edir

Messi Neymarı “Barselona”ya qayıtmağa məcbur edir“Barselona”nın kapitanı Lionel Messi Neymarın komandaya qayıdacağına ümid etdiyini açıqlayıb.

Bu barədə “Paris United”in Twitter səhifəsində yer alan məlumatda deyilir.

Bildirilir ki, Neymar özünü Parisdə xoşbəxt hiss etmir və bu üzdən PSJ-ni tərk etmək niyyətindədir.

Messi isə klub yoldaşlarını bu məsələyə cəlb edərək Neymara təzyiq göstərir ki, o, “Barselona”ya qayıtsın.

El Mundo nəşri yazır ki, Messi “Barselona” prezidenti Xosepr Mariya Bartomeodan Neymarın transferi məsələsində səylər göstərməsini xahiş edib.