Eden Azar: “Çelsi”yə gözəl bir vida oldu » Memur.az

Eden Azar: “Çelsi”yə gözəl bir vida oldu

Eden Azar: “Çelsi”yə gözəl bir vida olduBu gün ağlımdakı yeganə şey kuboku qazanmaq idi. Qərarımı iki həftə əvvəl vermişdim. Ümid edirəm ki, "Çelsi"yə gözəl bir vida oldu.

Oxu.Az xəbər verir ki, bunu “Çelsi”nin belçikalı futbolçusu Eden Azar deyib.

“Arsenal”la Avropa Liqasının final görüşündə iki qola imza atmaqla matçın oyunçusu seçilmiş Azar daha sonra bunları bildirib:

“Xəyalım Premyer Liqada oynamaq idi. Yeddi il boyunca bunu reallaşdırdım”.

Qeyd edək ki, Eden Azar növbəti mövsümdən Zinəddin Zidanın çalışdırdığı “Real”a transfer olunacaq.