Azarkeşlər Avroliqanın finalını bulvardakı monitorda izləyirlər » Memur.az

Azarkeşlər Avroliqanın finalını bulvardakı monitorda izləyirlər

Azarkeşlər Avroliqanın finalını bulvardakı monitorda izləyirlərİngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında Bakıda keçirilən final görüşünə futbol həvəskarları Dənizkənarı Milli Parkda təşkil olunmuş azarkeş festivalının ərazisində quraşdırılan böyük monitorda da baxırlar. Şəhər ictimaiyyətinin nümayəndələri, futbol həvəskarları oyunu böyük maraqla seyr edirlər.

Azarkeş festivalının ziyarətçiləri saat 23:00-dan etibarən final matçını canlı yayımda izləyirlər.

Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilir.