Klublarımızın Avropa Liqasındakı rəqibləri bu gün bilinəcək » Memur.az

Klublarımızın Avropa Liqasındakı rəqibləri bu gün bilinəcək

Klublarımızın Avropa Liqasındakı rəqibləri bu gün bilinəcəkBu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri də müəyyənləşəcək.

Artıq qitənin ali futbol qurumu I təsnifat mərhələsindəki klubları qruplara bölüb.

Təmsilçilərimiz – “Qəbələ”, “Neftçi” və “Keşlə” səpələnmişlərin sırasında qərarlaşacaq.

Premyer Liqanın gümüş mükafatçısı “Qəbələ”nin beş potensial rəqibi “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda”dır (Slovakiya).

Bürünc medalçı “Neftçi”yə bu mərhələdə “Buduçnost” ( Monteneqro), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtredia” (Gürcüstan) və ya “Rasinq Yunion”dan (Lüksemburq) biri rəqib olacaq.

Azərbaycan kubokunun qalibi “Keşlə”nin bəxtinə isə “Milsami” (Moldova), “Rudar” (Monteneqro), “Riqa” (Latviya), “Honved” (Macarıstan) və “Baltsan”dan (Malta) biri düşəcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Memur.az