Tarix : 23-04-2015, 20:29 | Bölmə: idman

I Avropa Oyunları Böyük Britaniyada da nümayiş olunacaq

"Bakı 2015" 150 britaniyalı idmançının iştirak edəcəyi Birinci Avropa Oyunlarını bu yay Birləşmiş Krallıqda nümayiş etdirəcək yayım müqaviləsi imzalayıb. Lent.az-ın məlumatına görə, 12-28 iyun tarixlərində keçiriləcək Oyunların gündəlik yayımını BT Sport özünün 3 idman kanalı, BT Sport Extra və rəqəmsal platformalar vasitəsilə təmin edəcək. Bununla da, Bakı 2015 imzaladığı yayım müqavilələrinin sırasına növbəti birini də əlavə edib.


Beləliklə, Oyunların yayımı artıq Avropanın və dünyanın hər bir nöqtəsində gerçəkləşək. Bundan öncə isə ABŞ, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan, Latın Amerikası və körfəz ölkələri, eləcə də digər Avropa televiziya şirkətləri ilə yayım müqavilələri imzalanıb.

Oxşar xəbərlər