Azərbaycan dünya çempionatının bayrağını Belçikaya təhvil verəcək » Memur.az

Azərbaycan dünya çempionatının bayrağını Belçikaya təhvil verəcək

Azərbaycan dünya çempionatının bayrağını Belçikaya təhvil verəcək2019-cu ildə velosiped idmanının BMX növü üzrə növbəti dünya çempionatı Belçikada təşkil olunacaq.

Oxu.Az xəbər verir ki, mundial Hoysden-Solder qəsəbəsində keçiriləcək.

Bu münasibətlə Bakıda keçirilən dünya çempionatı çərçivəsində iyunun 9-da bayraq Belçikaya təqdim olunacaq.

Qeyd edək ki, Bakının ev sahibliyi etdiyi dünya çempionatına 43 ölkədən 1500-dək velosipedçi qatılıb.

Memur.az