Azərbaycan idmançısı erməni rəqibini nokauta göndərib dünya kubokunu qazandı » Memur.az

Azərbaycan idmançısı erməni rəqibini nokauta göndərib dünya kubokunu qazandı

Azərbaycan idmançısı erməni rəqibini nokauta göndərib dünya kubokunu qazandı

Gürcüstanın paytaxtı Tbilisidə peşəkar kikboksinqin K-1 versiyası üzrə dünya kubokunun döyüşləri keçirilib.

Milli.Az azerisport.com-a istinadən bildirir ki, Azərbaycanı üç idmançı - Nicat Nəcəfzadə (45 kq), Nicat Vəliyev (75 kq) və Xəyal Əhmədov (86 kq) - təmsil edib.

Onların hər üçü finala vəsiqə, finalda isə uğur qazanıb. Xüsusilə Əhmədov fərqlənib. O, ikinci raundda erməni rəqibini nokauta göndərərək turnirin qalibi olub.