"Məni Azərbaycan yığmasına ilk dəfə Berti Foqts dəvət edib" » Memur.az

"Məni Azərbaycan yığmasına ilk dəfə Berti Foqts dəvət edib"

"Məni Azərbaycan yığmasına ilk dəfə Berti Foqts dəvət edib""Məni Azərbaycan yığmasına ilk dəfə Berti Foqts dəvət edib".

Memur.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin və Almaniyanın "Karlsrue" klubunun futbolçusu Dmitri Nazarov deyib.

Alman mətbuatına müsahibə verən 25 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinə dəvət edilməsindən danışıb.

Ailəsinin onun qərarına hörmətlə yanaşdığını deyən Nazarov yığmamızın sabiq çalışdırıcısı Berti Foqtsla ilk görüşünü yada salıb: "Foqtsla görüşdük və bu məsələni müzakirə etdik. İlk dəfədən məndə müsbət fikir yarandı. Azərbaycan yığmasında oynamaqla bağlı verdiyim qərarı ailəm də yaxşı qarşıladı. Valideynlərim həmişə yanımdadır. Ailəm "Karlsrue"dəki oyunlarımı da izləməyə gəlir".

Nazarov yığmamızın düşərgəsinə gələndə hər dəfə təyyarə ilə 5 saatlıq yol qət etdiyini bildirib. Bundan başqa, Azərbaycan futbolunda qarşılaşdığı mənzərədən müsbət mənada təəccübləndiyini vurğulayıb: "Azərbaycan millisində çıxış etməkdən məmnunam. Avropa çempionatının seçmə mərhələsində 10 oyunun hamısında iştirak etdim".

"Karlsrue" ilə mövsümün sonuna qədər müqaviləsi olan Nazarov gələcək karyerası ilə bağlı da danışıb. O, komandasının keçən il Bundesliqaya yüksəlmək şansını qaçırmasını da xatırladıb: "Bundesliqaya yüksələ bilməmək bizim üçün, doğrudan da, ağır idi. Amma həvəsdən düşməmək, irəli baxmaq lazımdır. Bəlkə də əsl gücümüzü hələ tam göstərməmişik. Gələcək karyerama gəlincə, nəzərimdə bir neçə variant var".

Qeyd edək ki, "Karlsrue" II Bundesliqanın cari mövsümündə 19 turdan sonra 25 xal toplayaraq, turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Nazarovun komandası qış fasiləsindən sonra ilk oyununu fevralın 7-də öz meydanında "Frankfurt"a qarşı keçirəcək.