Məmmədyarov və Səfərli qələbə qazandılar » Memur.az

Məmmədyarov və Səfərli qələbə qazandılar

Məmmədyarov və Səfərli qələbə qazandılar

Hollandiyada keçirilən turnirin 7-ci turunda.

Hollandiyanın Veyk-an-Zee şəhərində Tata Steel Masters şahmat turniri davam edir.

Memur.Az xəbər verir ki, turnirin 7-ci turunda azərbaycanlı qrossmeyster Şəhriyar Mmədyarov ağ fiqurlarla çinli Xou Yifana qalib gəlib.

Bu nəticədən sonra xallarının sayını 3,5 çatdıran Şəhriyar 10-cu yerdə qərarlaşıb. Onu liderlərdən 1,5 xal ayırır. Turnir cədvəlinə Fabiano Karuana (ABŞ) və Maqnus Karlsen (Norveç) başçılıq edirlər.

Challengers turnirində isə digər həmyerlimiz Eltac Səfərli növbəti qələbəsini qazanıb. Rusiyalı Mixail Antipovu məğlub edən Eltac xallarının sayını 5,5 çatdırıb. İkinci yerdə qərarlaşan həmyerlimiz lider hindistanlı Adxiban Baskarandan 0,5 xal geri qalır.