"Onun peşəkarlığına şübhə edirəm" » Memur.az

"Onun peşəkarlığına şübhə edirəm"

"Onun peşəkarlığına şübhə edirəm"Almaniya millisinin baş məşqçisi Yoahim Löv Kevin Qrosskroytsun Avropa çempionatına aparılmasını istisna edib. Sentyabrın 2-də "Qalatasaray"ın düşərgəsinə gələn 27 yaşlı futbolçu qeydiyyat işlərinin vaxtında aparılmaması səbəbindən ilk dövrədə "Cim bom"un heyətində meydana çıxa bilməyib.

Memur.Az goal.az-a istinadən xəbər verir ki, Bundestimin baş məşqçisi bunları deyib:
"Qrosskroyts Avropa çempionatında olmayacaq. O, artıq bir ildir oynamır. İstanbulda oldum və "Qalatasaray"ın baş məşqçisi ilə görüşdüm. O dedi ki, Kevin az qala həftənin hər günü Almaniyaya uçur. Buna görə onun peşəkarlığına şübhə edirəm".