"Real" ona görə hələ çox təəssüflənəcək » Memur.az

"Real" ona görə hələ çox təəssüflənəcək

"Real" ona görə hələ çox təəssüflənəcək

İtaliya çempionatında yeni mövsümə pis başlayan "Juventus" Çempionlar Liqasında, hələ ki, ümidləri doğruldur. Turin klubu "Manchester City"nin ardından Avropa Liqasının son qalibi "Sevilla"nı da məğlub edib. Goal.az xəbər verir ki, "Juventus Stadium"dakı matçın 41-ci dəqiqəsində fərqlənən Alvaro Morata klubun tarixinə keçib. Belə ki, "Real" Madridin sabiq 22 yaşlı hücumçu ardıcıl 5 ÇL oyununda qol vuran ilk ispaniyalı kimi tarixə düşüb.

Qeyd edək ki, Morata bu göstəriciyə görə "Juventus"un əfsanəsi Del Pyeroya çatıb.