Paris-2024: Azərbaycanın dünya çempionu olan cüdoçusu mübarizəyə başlayır
idman
1-08-2024, 09:47
140

"Report"un məlumatına görə, ilk olaraq cüdoçu Zelim Kotsoyev tatamiyə çıxacaq.
100 kq çəki dərəcəsində yer alan dünya çempionumuz 1/8 finalda Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.
Ardınca Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi növbəti görüşünə çıxacaq. Yığmamız Fransa ilə üz-üzə gələcək.
Daha sonra boksçuların mübarizəsi start götürəcək. 92 kq çəkidə yarışan Alfonso Dominqes 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla münasibətlərinə aydınlıq gətirəcək.
Günün sonunda yenidən 3x3 basketbol millimiz oyuna çıxacaq. Rəqib bu dəfə Almaniya millisi olacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.