Azərbaycanlı idmançı Avropa çempionu olub
idman
17-04-2024, 13:42
254

Bu barədə Oxu.Az Azərbaycan Bilyard Federasiyasından məlumat verilib.
Moldovanın Kişinyov şəhərində keçirilən bilyardın piramida növü üzrə Avropa çempionatında həmyerlimiz Tofiq Quliyev yeddi ölkədən 70 rəqibinə qalib gələrək çempion olub.
2-ci yeri ukraynalı Dmitro Pokotilski tutub. Digər təmsilçimiz Niyazi Xələfov isə 3-cü yerlə kifayətlənib.