Futzal üzrə Azərbaycan millisinin üzvü Rafael Vilela karyerasını Belçikada davam etdirəcək.
Oxu.Az xəbər verir ki, 30 yaşlı oyunçu “Anderlext”ə keçib. Məlumatı Belçika təmsilçisinin mətbuat xidməti yayıb.
Rafael Vilela son olaraq Rusiyada “Tümen”in formasını geyinib.