III Avropa Oyunları: Azərbaycan bu gün ilk medallarını qazana bilər » Memur.az

III Avropa Oyunları: Azərbaycan bu gün ilk medallarını qazana bilər

III Avropa Oyunları: Azərbaycan bu gün ilk medallarını qazana bilərPolşada keçirilən III Avropa Oyunları davam edir.

Oxu.Az xəbər verir ki, bu gün ilk medalçılar müəyyənləşəcəklər.

Azərbaycan idmançıları yarışın üçüncü günündə atletika, karate və atıcılıq növlərində mübarizə aparacaqlar. Azərbaycana ilk medalları bu gün karateçilər və atıcılar qazandıra bilərlər. Atletlər isə yarışda çıxışlarını başa vuracaqlar.

Karate

11:00.

Kişilər: Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq)

Qadınlar: Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq)

Atletika

12:05. Qadınlar, 200 m: İlahə Quliyeva

12:25. Kişilər, 200 m: Aleksey Əliəkbərov
12:28. Kişilər, nüvə itələmə: İsmayıl Əliyev

12:55. Qadınlar, uzunluğa tullanma: Fəxriyyə Tağızadə

13:40. Kişilər, 5000 m: Elman Abışov

14:20. Qadınlar, 1500 m: Anna Yusupova

14:42. Qarışıq estafet, 4x400 m: Azərbaycan yığması

Atıcılıq

13:15. Kişilər, tapança, 10 m: Ruslan Lunyov

15:15. Qadınlar, tapança, 10 m: Nigar Nəsirova, Nəzrin Abbaslı.