3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsi başlayır » Memur.az

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsi başlayır

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsi başlayırBu gün 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, açılış oyununda saat 13:00-da Almaniya və Türkiyə yığmaları üz-üzə gələcəklər. Azərbaycan kollektivi qrupdakı ilk oyunu saat 14:15-də Macarıstana, “Neftçi” klubu isə saat 13:50-də Rumıniya yığmasına qarşı keçirəcək.

Ümumilikdə, turnirdə səkkiz komanda iki qrupda mübarizə aparacaq.

A qrupunda Almaniya, Rumıniya, Türkiyə yığmaları və “Neftçi” klubu, B qrupunda Niderland, Macarıstan, Azərbaycan milliləri və Yaponiyanın “G FLOU” klubu yer alıb.
Birinci yeri tutanlar birbaşa yarımfinala yüksələcəklər. İkinci və üçüncü pillələrin sahibləri isə bir-biriləri ilə 1/4 final oynayacaqlar.