Beyləqanda 35 yaşlı qadını avtomobil vurub, vəziyyəti ağırdır » Memur.az

Beyləqanda 35 yaşlı qadını avtomobil vurub, vəziyyəti ağırdır

Beyləqanda 35 yaşlı qadını avtomobil vurub, vəziyyəti ağırdırBeyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Əliyeva Qumru Rafiq qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona ənsə nahiyəsinin əzilmiş-kəsilmiş yarası və alının sol para orbital almacıq nahiyəsinin əzikləri diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğu üçün o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Fakt araşdırılır.