Paytaxtda mənzildə qadın meyiti tapılıb » Memur.az

Paytaxtda mənzildə qadın meyiti tapılıb

Paytaxtda mənzildə qadın meyiti tapılıb

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1971-ci təvəllüdlü Əhmədova Ülviyyə Sədaqət qızının bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Ü.Əhmədovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.