Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən 1 il ötür » Memur.az

Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən 1 il ötür

Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən 1 il ötür

Azərbaycan ərazilərini işğal etmiş Erməni Silahlı Qüvvələrinin Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürməsinin bir ili tamam olur.

APA-nın məlumatına görə, ötən ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz QuliyevKəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.