Ağdaşda 4 otaqlı ev, Bakıda mağaza yandı » Memur.az

Ağdaşda 4 otaqlı ev, Bakıda mağaza yandı

Ağdaşda 4 otaqlı ev, Bakıda mağaza yandı

Ötən gecə Ağdaş və Bakıda yanğın hadisəsi qeydə alınıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 230 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Xəzər rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ərzaq mağazasında bir ədəd soyuducu yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 100 kv.m. sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.