Qazaxda 4 otaqlı ev, Xırdalanda "Mercedes" yandı » Memur.az

Qazaxda 4 otaqlı ev, Xırdalanda "Mercedes" yandı

Qazaxda 4 otaqlı ev, Xırdalanda "Mercedes" yandı

Qazaxda Abşeronda ötən axşam yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonu, Çaylı kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları 110 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.