Xətai rayonunda ikimərtəbəli ev yanıb » Memur.az

Xətai rayonunda ikimərtəbəli ev yanıb

Xətai rayonunda ikimərtəbəli ev yanıbBakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 21 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan bir ədəd kondisioner və dəhlizin tavanı 6 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.