Bakıda mənzildən kişi meyiti tapıldı » Memur.az

Bakıda mənzildən kişi meyiti tapıldı

Bakıda mənzildən kişi meyiti tapıldıFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Həmidzadə Azad Qasım oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.