Heydər Əliyev prospektindəki qəza ilə bağlı RƏSMİ MƏLUMAT » Memur.az

Heydər Əliyev prospektindəki qəza ilə bağlı RƏSMİ MƏLUMAT

Heydər Əliyev prospektindəki qəza ilə bağlı RƏSMİ MƏLUMAT

“FiveCurrents” şirkəti qəzada əməkdaşının həlak olduğunu təsdiqləyib

“FiveCurrents” şirkəti dünən Bakının Heydər Əliyev prospektində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir: “Dərin kədərlə təsdiq edirik ki, 23 iyun tarixində Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında yaradıcı heyətinin bir üzvü dünyasını dəyişib.

Komandanın həmin üzvü Bakı 2015 Mərasimlərin təşkili şirkəti olan “FiveCurrents”də müqavilə əsasında çalışan Britaniya vətəndaşıdır.
Baş vermiş qəzadan dərhal sonra komandanın digər üç üzvünə də xəstəxanada yardım göstərildi. Daha sonra tibbi müayinə ala bilmələri üçün onlar öz vətənlərinə göndəriləcəklər.

Biz xəsarət alanlara tibbi yardımın və konsulluq xidmətlərinin göstərilməsində böyük köməyi olan Bakı 2015 Təşkilat Komitəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı Səfirliyinə öz minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, “Mercedes” markalı minik avtomobilinin “Ford Transit”ə çırpılması nəticəsində 3 nəfər dünyasını dəyişib. Daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.