Bakıda yolu keçən gənc qızı avtomobil vurdu » Memur.az

Bakıda yolu keçən gənc qızı avtomobil vurdu

Bakıda yolu keçən gənc qızı avtomobil vurduBakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Məmmədova Gülnar Kamran qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və qarın nahiyəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.