Bakıda iki avtomobil toqquşdu, bir nəfər xəstəxanalıq oldu » Memur.az

Bakıda iki avtomobil toqquşdu, bir nəfər xəstəxanalıq oldu

Bakıda iki avtomobil toqquşdu, bir nəfər xəstəxanalıq olduBakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Həsənov Azər Cəmşid oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.