Tarix : 3-01-2021, 14:28 | Bölmə: hadise

Ebola virusunu aşkar edən alim: “Yeni ölümcül xəstəlik yaranacaq”Konqolu professor, 1976-cı ildə Ebola virusunu aşkar edən alim Jan-Jak Muembe-Tamfum yeni ölümcül xəstəliyin ortaya çıxması barədə xəbərdarlıq edib.

O, bu barədə CNN-ə müsahibə verib.

Alimin fikrincə, yeni təhlükə meşələrin kəsilməsindən qaynaqlanır və müxtəlif xəstəliklərin patogenlərinin artmasına səbəb olur.

O, eyni zamanda bildirib ki, bu, gələcəkdə “böyük pandemiyaya” səbəb ola bilər. Jurnalistin “Ebola gələcəkdə COVID-19 kimi sürətlə yayıla bilərmi” sualına Muembe-Tamfum belə cavab verib:

“Biz yeni patogenlərin ortaya çıxacağı bir dünyada yaşayırıq. Və bu da həyat üçün təhlükəlidir”.

Oxşar xəbərlər