Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi: Saxlanılan var » Memur.az

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi: Saxlanılan var

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi: Saxlanılan varSaatlı rayon sakini Z.Əliyevdən narkotik vasitələr aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev Qaradağ rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan iki kiloqrama yaxın heroin, 186 qramdan artıq metamfetamin, yaşadığı Sahil qəsəbəsindəki evə baxış zamanı isə oradan 560 qram heroin, 1000 ədəd metadon, 200 ədəd tramadol həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.