Bakıda ağır qəza: Ana və qızı xəsarət aldı » Memur.az

Bakıda ağır qəza: Ana və qızı xəsarət aldı

Bakıda ağır qəza: Ana və qızı xəsarət aldıBakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən 30 yaşlı Nərgiz Əhmədova və qızı 7 yaşlı Xədicə Əhmədovanı motosiklet vurub. 

Piyadaların hər ikisi ağır xəsarət alıb. Yaralılar Təcili Tibbi Təxirəsalınmaz Yardım Xidməti vasitəsilə xəstəxanaya aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.