Oğuzda 17 yaşlı qızın intiharının təfərrüatı - YENİLƏNİB » Memur.az

Oğuzda 17 yaşlı qızın intiharının təfərrüatı - YENİLƏNİB

Oğuzda 17 yaşlı qızın intiharının təfərrüatı - YENİLƏNİBOğuzda yeniyetmə qızın intiharı ilə bağlı bir sıra detallar məlum olub.

Lent.az xəbər verir ki, Zərrab kəndində özünü asaraq həyatına son qoyan 17 yaşlı Ülviyyə Bəxtiyar qızı Məmmədovanın anası təxminən 7-8 il əvvəl dünyasını dəyişib. Daimi yaşayış yerləri Goranboy rayonudur. Atası əvvəllər bir neçə dəfə yüngül cinayətlərə görə həbs olunub. Hazırda Bakıda yaşayır. 

Ülviyyə isə Zərrab kəndinə babası və ögey nənəsigilə qonaq gəlibmiş. Bundan əlavə, onun Qəbələ rayonunun Nic kənd sakinilə nişanlı olduğu, bacısının isə həmin kəndə gəlin köçdüyü bildirilir.

Məlumata görə, 17 yaşlı Ülviyyə səhər saat 5-6 radələrində özünü asıb. Hadisənin səbəbləri barədə dəqiq məlumat yoxdur.

Araşdırmalar davam etdirilir.

10:18

Oğuz rayonunda 17 yaşlı qız intihar edib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Rayonun Zərrab kənd sakini Ülviyyə Məmmədova yaşadığı evin həyətində özün asıb.

Faktla bağlı araşdırma aparılır.