Azərbaycan prezidenti I Avropa Oyunlarında idmançılar və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edib » Memur.az

Azərbaycan prezidenti I Avropa Oyunlarında idmançılar və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edib

Azərbaycan prezidenti I Avropa Oyunlarında idmançılar və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edib

Birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat təyin edilib

Prezident İlham Əliyev Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, idmançılar və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

- birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;

- milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə);

- komanda idman növlərində komanda üzvlərinə (əsas heyət) və məşqçilərə (baş məşqçi və köməkçi):

- birinci yeri tutan hər bir komanda üzvünə 30 min manat, komandanın məşqçilərinin hər birinə 15 min manat;

- ikinci yeri tutan hər bir komanda üzvünə 20 min manat, komandanın məşqçilərinin hər birinə 10 min manat;

- üçüncü yeri tutan hər bir komanda üzvünə 10 min manat, komandanın məşqçilərinin hər birinə 5 min manat.