Nazirlə icra başçısı arasında subsidya narazılığı » Memur.az

Nazirlə icra başçısı arasında subsidya narazılığı

Nazirlə icra başçısı arasında subsidya narazılığı

Sabirabadın icra başçısı naziri Heydər Əsədovun apardığı yoxlamalara məhəl qoymadan saxta əkin sahələrini hər il daha da atırır



2015-ci ildə isə Sabirabada ayrılan subsidiyaların miqdarı artıb. Bu artım isə məhz əkinə yararsız olan dövlət torpaqları əsasında olub.


Dövlət tərəfindən Kənd Təsərrüfatının inkişafına yönləndirilən subsidiya vəsaitlərinin təqribən yarısı məməurlar və icra hakimiyyətləri tərəfindən mənimsənilir. Bu heç kimə sirr deyil, hətta prezident İlham Əliyev də bir neçə dəfə çıxışlarında ayrılan subsidiyaların korrupsiya mənbəyinə çevrildiyini qeyd edib. Prezidentin bu xəbərdarlıqlarına baxmayaraq, hər il dövlət büdcəsindən kənd təsərrüfatının inkişafına ayrılan milyon manatlarla vəsait korrrupsiyalaşmış məmurlar tərəfindən mənimsənilimr. Bir qayda olaraq isə, bu mənimsəmə hallarına icra hakuimiyyətlərinin başçıları şəxsən rəhbərlik və nəzarət edirlər. Elə bu üzdəndə mənimsənilən subsidiya vəsaitlərinin hesabını soran olmur.


Məlumata görə ölkə prezidenti bu barədə icra başçılarına bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ötən il olduğu kimi, bu ildə dövlətin bir milyondan artıq vəsaitinin mənimsənilməsinə imkan yaradıb. Belə ki, daxil olan məlumata əsasən bir neçə min hektar əkinə yararsız ərazini saxta subsidya yardımına yazdıraraq büdcədən külli miqdarda vəsait oğurlanmasına yol açıb. Qeyd edək ki, son iki ildə Sabirabad rayonuna ayrılan subsidiya yardımı 5 milyon manata yaxın olub. Təkcə 2014 cü ildə bu rəqəm 2,1 milyon manat təşkil edib. 2015-ci ildə isə Sabirabada ayrılan subsidiyaların miqdarı artıb. Bu artım isə məhz əkinə yararsız olan dövlət torpaqları əsasında olub. Yəni faktiki olaraq icra başçısı prezidentin xəbərdarlığına məhəl qoymadan dövlət vəsaitini talamaqda davam edib. Mənbə qeyd edir ki, keçən il Kənd Təərrüfatı naziri Heydər Əsədovun göstərişi ilə Sabirabad rayonudna aparılan yoxlama nəticəsində külli miqdarda subsiya vəsaitlərinin mənimsənilməsi faktı aşkarlanmışdı. Həmin vaxt rayon icra başçısı Nazim İsmayılovun ciddi şəkildə cəzalanması və vəzifəsi ilə vidalaşcağı söz söhbətləri belə yayılmışdı. Lakin Nazim İsmayılov bu faktların üstünü ört-basdır etməyə nail olmuşdu. Bundan sonra isə tam arxayınlaşan və Heydər Əsədovdan çəkinmədiyini nümayiş etdirən Nazim İsmayılov bu il saxta əkin sahələri daha da artırıb. Bu isə icra başçısının kimlərəsə arxayın olmasından xəbər verir.


Mənbə qeyd edir ki, hazırda Sabirabaddakı subsiidya maxinasiyasından nazir Heydər Əsədov xəbərdardır. Ehtimal olunur ki, yenidən Sabirabad rayonuna yoxlama göndəriləcək. Çünki söhbət bir neçə min hektar saxta əkin sahəsindən gedir.


Qeyd edək ki, sənədlərdə bu il Sabirabadda 44 826,57 hektar əkin sahəsi əkildiyi göstərilir.



Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.