İcra hakimiyyətinin balansındakı bina yandı » Memur.az

İcra hakimiyyətinin balansındakı bina yandı

İcra hakimiyyətinin balansındakı bina yandı

Lerik rayonunda yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Dəstər kəndində İcra Hakimiyyətinin balansında olan ümumi sahəsi 60 kv.m olan birmərtəbəli mədəniyyət evinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:10-də söndürülüb.