Gəlinini və nəvəsini öldürən qadına 18 İL HƏBS » Memur.az

Gəlinini və nəvəsini öldürən qadına 18 İL HƏBS

Gəlinini və nəvəsini öldürən qadına 18 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gəlini və 6 aylıq nəvəsini qətlə yetirməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Şərqiyyə Hüseyonavının cinayəti işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Ş. Hüseynova 18 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi keçən ilin dekabrında Qum adası, Zeytun bağları adlanan ərazidə baş verib. Kirayədə qalan, 40 yaşlı Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini, 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə fərdi yaşayış evinin həyətində olub. Qadın yerdən götürdüyü daş parçası ilə gəlininin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin zədəsi alan Elnarə Nəcəfova yerindəcə keçinib.
Bundan sonra hadisəni törədən Şərqiyyə Hüseynova evə girərək nəvəsi - 6 aylıq Emilyanı boğaraq amansızlıqla qətlə yetirib. Hadisə barədə xəbər tutan qonşular dərhal polisə məlumat veriblər.
Hadisə yerində müayinə aparıldıqdan sonra cəsədlər Suraxanı rayonu Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya şöbəsinə aparılıb. Şərqiyyə Hüseynova saxlanılıb.