Bakıda 36 yaşlı kişi bıçaqlanaraq ağır xəsarət alıb » Memur.az

Bakıda 36 yaşlı kişi bıçaqlanaraq ağır xəsarət alıb

Bakıda 36 yaşlı kişi bıçaqlanaraq ağır xəsarət alıbSabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Memur.Az xəbər verir ki, Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Əsgərov Pərviz Rafiq oğlu naməlum şəxslərlə mübahisə zəmnində bıçaq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan P.Əsgərov Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.