Avstraliyada iki təyyarə toqquşdu: Ölənlər var » Memur.az

Avstraliyada iki təyyarə toqquşdu: Ölənlər var

Avstraliyada iki təyyarə toqquşdu: Ölənlər varAvstraliyada iki təlim təyyarəsinin toqquşması nəticəsində dörd nəfər həlak olub.

“9News” agentliyi məlumat verir ki, yüngül mühərrikli təyyarələr təlim keçən zaman toqquşublar.

Qəza haqqında həyəcan siqnalı alandan sonra hadisə yerinə gələn xilasedicilər ekipaj üzvlərini xilas edə bilməyiblər. 

Qəzada həlak olanların şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün olmayıb.