Suraxanıda dörd otaqlı ev yanıb » Memur.az

Suraxanıda dörd otaqlı ev yanıb

Suraxanıda dörd otaqlı ev yanıbBakı şəhərinin Suraxanı rayonunda yanğın hadisəsi olub.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, ümumi sahəsi 130 m² olan birmərtəbəli dörd otaqlı ev yanıb. Mənzilin dəhlizinin lambirindən ibarət tavanı 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.