Bakıda bədbəxt hadisə: İki tələbə öldü - YENİLƏNİB » Memur.az

Bakıda bədbəxt hadisə: İki tələbə öldü - YENİLƏNİB

Bakıda bədbəxt hadisə: İki tələbə öldü - YENİLƏNİBBinəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Belə ki, daş bazarı adlanan ərazidə “KamAZ” markalı yük maşını hərəkətdə olarkən qarşısına 2 nəfər çıxıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, sözügedən yolda işıqlanma zəif olduğuna görə, yük maşını piyadaları görməyib və onları vurub. Hər iki şəxs hadisə yerində keçinib.Məlumata görə, ölənlər 1 qız və 1 oğlan olub. Onların tələbə olduğu bildirilir. Hər iki şəxsin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi Rayonu üzrə Şöbəsibə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.