Mehdiabadda toy məclisində iranlı bıçaqlandı » Memur.az

Mehdiabadda toy məclisində iranlı bıçaqlandı

Mehdiabadda toy məclisində iranlı bıçaqlandıAbşeronda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki şadlıq saraylarından birində əslən iranlı olan Şamaxı sakini Məmmədşuri Hüseyn Sübhektar oğlu ilə naməlum şəxs arasında mübahisə olub. Mübahisə dava ilə nəticələnib. Dava zamanı həmin şəxs H.Məmmədşuriyə bıçaq zərbəsi endirib.

Yaralı həyat yoldaşının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat edilib.