Narkotik alverçisinə 7 il 6 ay həbs cəzası verildi » Memur.az

Narkotik alverçisinə 7 il 6 ay həbs cəzası verildi

Narkotik alverçisinə 7 il 6 ay həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Çingiz Şəfixanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Çingiz Şəfixanov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Çingiz Şəfixanov DİN-in Narkotika qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub. Ona Cinayət Məcəlləsinin 234.4.3 (Narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanıb.