Ağdam sakini at arabasının altında qalaraq ölüb » Memur.az

Ağdam sakini at arabasının altında qalaraq ölüb

Ağdam sakini at arabasının altında qalaraq ölübAğdam rayonunun Yüzbaşlı kəndində orta yaşlı kişi at arabasının aşması nəticəsində ölüb.

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, axşam saatlarında Əli Hətəmov adlı rayon sakini idarə etdiyi at arabasını aşırıb. Nəticədə o, arabanın altında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə olunmaq üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.