Goranboyda avtomobil dərəyə aşdı: 2 yaralı » Memur.az

Goranboyda avtomobil dərəyə aşdı: 2 yaralı

Goranboyda avtomobil dərəyə aşdı: 2 yaralı

Goranboyda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Borsunlu kəndində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb.

Hadisə yerinə cəlb edilmiş yanğınsöndürən-xilasedicilər yaralı vəziyyətdə olan sürücü və sərnişini avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 02:38-də başa çatıb.