Bıçaqlayıb, sonra da pulunu almaq istədilər » Memur.az

Bıçaqlayıb, sonra da pulunu almaq istədilər

Bıçaqlayıb, sonra da pulunu almaq istədilərNəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, naməlum şəxslər Səməd Vurğun bağının yaxınlığında naməlum şəxs və ya şəxslər 1992-ci il təvəllüdlü Qəhrəmanov Xəyal İlham oğlunu bıçaqlayıblar.

Daha sonra onun pulunu və telefonunu almaq istəyiblər. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Ona qarının sağ yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.