Zabratda "Niva" 55 yaşlı qadını xəstəxanalıq etdi » Memur.az

Zabratda "Niva" 55 yaşlı qadını xəstəxanalıq etdi

Zabratda "Niva" 55 yaşlı qadını xəstəxanalıq etdiSabunçu rayonunda piyadanın xəsarət almasına səbəb olan yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, Zabrat qəsəbəsində "Niva" markalı minik avtomobili 1964-cü il təvəllüdlü Abdullayeva Elza Rəşid qızını vurub.

Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib.

Ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.