Salyanda sərxoş piyadanı maşın vurdu » Memur.az

Salyanda sərxoş piyadanı maşın vurdu

Salyanda sərxoş piyadanı maşın vurduSalyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qaraçala sakini, 1978-ci il təvəllüdlü Allahverdiyev Həsənağa Nüsrət oğlu yolu keçmək istəyən zaman “Mercedes” markalı minik avtomobili tərəfindən vurulub.

Zərbə nəticəsində müxtəlif xəsarətlər alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Maşınla vurulan piyadanın sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.