Bakıda yeznə-qayın davası ölümlə bitdi » Memur.az

Bakıda yeznə-qayın davası ölümlə bitdi

Bakıda yeznə-qayın davası ölümlə bitdiBakının Suraxanı rayonunda bıçaqlanma baş verib, 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Oxu.Az-ın məlumatına görə, təxminən 35-40 yaşlarında olan Ərəsov Müşfiq Etibar oğlu qaynı tərəfindən bıçaqlanaraq öldürülüb. O, daha sonra yeznəsinin bacısını - 1991-cil təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına da bıçaqla xəsarət yetirərək, hadisə yerindən qaçıb.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq, təcili əməliyyata alınıb.

Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır.